backend

Arif Rəhimzadə nazir müavininə etiraz etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə Ədliyyə Nazirinin müavini Vilayət Zahirovun bələdiyyələrlə bağlı təqdim etdiyi illik məruzəyə etiraz edib. 

Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə Ədliyyə Nazirinin müavini Vilayət Zahirovun bələdiyyələrlə bağlı təqdim etdiyi illik məruzəyə etiraz edib.

TİA.AZ-ın verdiyi məlumata görə, komitə sədri Arif Rəhimzadə bildirib ki, Regional məsələlər komitəsinin iclasında illik məruzə ilə bağlı təkliflər verilib və bəzi tənqidlər səslənib: “Amma həmin təkliflərin və tənqidlərin biri də bu məruzədə öz əksini tapmayıb. Belə olmaz. Bəs, Komitə iclasını niyə keçirirdik?”.

Komitə sədri vurğulayıb ki, bələdiyyələrlə bağlı böyük işlər görülüb və işlərin səmərəliliyi daha artırmalıdır.