Arif Şahbaz oğlu Hüseynov “Şöhrət” ordeni ilə təltif edilib.
Tribunainfo.az xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb.
A.Hüseynov Azərbaycan rəssamlıq sənətinin inkişafında xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif olunub.
Prezidentin digər sərəncamı ilə Azərbaycan Respublikasında səhiyyə sahəsində xidmətlərinə görə Kamran Kazım oğlu Musayev “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.
Qeyd edək ki, K.Musayev 1973-cü ilin oktyabrın 30-da Qərbi Azərbaycanın Göllü kəndində anadan olub.