ARİF HACILININ MÜAVİNİ AVROPA SƏFİRLİKLƏRİNDƏN NARAZIDIR – SƏBƏBbackend

ARİF HACILININ MÜAVİNİ AVROPA SƏFİRLİKLƏRİNDƏN NARAZIDIR – SƏBƏB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa ölkələrinin viza prosedurları o qədər çətin, o qədər bezdirici olub ki, son 1 ayda 2 dəfə (Brusselə və Bratislavaya), son 6 ayda 15 dəfə beynəlxalq tədbirlərə getməkdən imtina etməli olmuşam. Bundan əvvəlki çətinliklər gözümü elə qorxudub ki, bütün xərclərin dəvət edənlər tərəfindən qarşılandığı səfərlər üçün belə vizaya müraciət etməkdən çəkinmişəm.

Tribunainfo.az xəbər verir ki, bu sözləri Müsavat Partiyası başqanının müavini Səxavət Soltanlı deyib. O bildirib ki, xüsusi ilə əksər konsulluqlar viza sənədləşmə işlərini yerli şirkətlərə verdikdən sonra bu iş daha da çətinləşib, daha da bezdirici olub. Rəsmən insanın əsəbləri korlanır:

“Bundan da pisi odur ki, demokratiya və azad naminə səmimi fəaliyyət göstərənlər üçün bu proses daha da mənfiyə doğru dəyişib. Xərclərin çoxluğunu qoyuram bir kənara. Sonuncu dəfə İrlandiyaya viza alanda təxminən 500 manat tək viza xərci eləmişdi”.

Nigar

Tribunainfo.az