Arif Əliyev: “Həmkarlar İttifaqları Konfederasiyasının fəaliyyəti sıfıra bərabərdir”backend

Arif Əliyev: “Həmkarlar İttifaqları Konfederasiyasının fəaliyyəti sıfıra bərabərdir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının fəaliyyəti sıfıra bərabərdir.Ümumiyyətlə, Azərbaycanda həmkarlıq ittifaqı sistemi işləmir”.

Bu fikirləri “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri, ictimai əlaqələr üzrə tanınmış mütəxəssis Arif Əliyev bildirib.

O deyib ki, bu sistemin işlədilməsinə vaxtilə neftçilər tərəfindən cəhdlər edilsə də, ancaq bu, onlara çox ağır başa gəldi: “Bəlkə o dərs oldu, bəlkə başqa məsələlər də var idi. Fikrimcə, Həmkarlar İttifaqında adətən işə götürənlərlə işə alınanların münasibətləri tənzimlənir. Ancaq hesab edirəm ki, Azərbaycanda Həmkarlar İttifaqı Konfederasiyasının fəalliyəti demək sıfıra bərabərdir. Bəzi yerlərdə onlar sosial məsələlərlə məşğul olurlar, əmək hüquqları ilə məşğul olduqları müşahidə olunmur”.

 

Demokrat.az