Argentinada yeganə dövlət xəbər agentliyi bağlanacaq

Argentinada yeganə dövlət xəbər agentliyi bağlanacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Argentina Prezidenti Xavyer Miley siyasi rəqiblərinin “ideya təbliğatına” görə ölkənin yeganə dövlət xəbər agentliyi olan “Telam”ı bağlayacağını açıqlayıb.

Tribunainfo.az Argentina KİV-ə istinadən xəbər verir ki, bu barədə dövlət başçısı parlament sessiyasının açılışında söyləyib.

“Biz son onilliklərdə kirşnerizmin təbliğat agentliyi kimi istifadə edilən “Telam” agentliyini bağlayacağıq”, – Argentina Prezidenti vurğulayıb.

Miley daha əvvəl bütün dövlət mediasını özəlləşdirəcəyini bildirmişdi.