Argentinada UNESCO siyahısına salınmış parkda yanğının sahəsi artır

Argentinada UNESCO siyahısına salınmış parkda yanğının sahəsi artır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş Argentinanın Los Alerses Milli Parkında baş verən yanğının sahəsi 2 min hektara çatıb. Tribunainfo.az xəbər verir ki, bu barədə parkın rəhbərliyi İnstaqramda məlumat yayıb.

“Bu gün yeddi sektorda işlər davam etdirilib, indiyədək 2000 hektara yaxın ərazi zərər çəkib. Yanğın bütün cəbhələrdə aktivliyini davam etdirir”, – deyə məlumatda bildirilir.

Açıqlamada qeyd olunur ki, yanğının söndürülməsinə 350-yə yaxın insan, 3 helikopter, 3 təyyarə, o cümlədən pilotsuz uçuş aparatları və digər texnika cəlb olunub. Aparılan işlər zamanı qərb küləyinin gücü ilə birləşərək yanğınsöndürənlərin işini çətinləşdirən temperaturun nəzərəçarpacaq dərəcədə artması qeydə alınıb.