Argentina və Niderland 1/4 finaldabackend

Argentina və Niderland 1/4 finalda

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün DÇ-2022-də 1/8 final mərhələsinə start verilib.

Tribunainfo.az xəbər verir ki, ilk oyun günündə 2 qarşılaşma keçirilib.

 

Günün ilk matçında Niderland millisi ABŞ-la üz-üzə gəlib. “Xəlifə” stadionunda keçirilən görüşdə 3:1 hesabı ilə qalib gələn Niderlan 1/4 finala yüksəlib.

Günün digər matçında isə Argentina və Avstraliya yığmaları üz-üzə gəlib. “Əhməd ibn-Əli” stadionundakı qarşılaşmada Argentina üstün olub (2:1) və 1/4 finala adlayıb.

Qeyd edək ki, 1/4 finalda Niderland Argentina ilə qarşılaşacaq.

3 deakbr

DÇ-2022, 1/8 final

23:00. Argentina – Avstraliya – 2:1 

Qollar: Lionel Messi, 35 (1:0), Xulian Alvares, 57 (2:0), Kreyq Qoodvin, 77 (2:1)

Baş hakim: Şimon Marçinyak (Polşa)

“Əhməd ibn-Əli” stadionu

19:00. Niderland – ABŞ – 3:1

Qollar: Memfis Depay, 10 (1:0), Blind, 45+1 (2:0),  Rayt, 76 (2:1), Dumfris, 81 (3:1)

Baş hakim: Vilton Sampayo (Braziliya)

“Xəlifə” stadionu