Argentina prezidenti bu səbəbə görə İnfrastruktur nazirini işdən çıxarıbbackend

Argentina prezidenti bu səbəbə görə İnfrastruktur nazirini işdən çıxarıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Argentina prezidenti Xavyer Miley Nazirlər Kabinetinin iclasının məzmununu sızdırdığına görə infrastruktur naziri Gilermo Ferraronu vəzifəsindən azad edib.

Tribunainfo.az xəbər verir ki, bu barədə TN telekanalı məlumat yayıb.

Hökumət istefa ilə bağlı məlumatı hələlik təsdiqləməyib.

Qeyd edək ki, departamentlərin birləşməsi ilə bağlı məlumat təsdiqlənərsə, Argentinada səkkiz nazirlik qalacaq. Bundan əvvəl 2023-cü il dekabrın 10-da vəzifəsinin icrasına başlayan Miley artıq nazirliklərin sayını 18-dən 9-a endirmişdi.