Argentina məhkəməsi Venesuela prezidentini axtarışa verdibackend

Argentina məhkəməsi Venesuela prezidentini axtarışa verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Buenos-Ayres məhkəməsi Venesuela prezidenti Nikolas Maduronu insan haqlarını pozduğuna görə beynəlxalq axtarışa vermək qərarına gəlib. Xüsusilə, istintaq sübut edib ki, Venesuelada “repressiya sistemi” – işgəncələr, qətllər və dinc əhaliyə qarşı təqiblər mövcuddur.
Qaynarinfo xəbər verir ki, bu barədə “Kommersant” yazıb.
“Demokratiyanın müdafiəsi Argentina forumu” qeyri-hökumət təşkilatı Argentina məhkəməsinə şikayət edib. Onlar Venesuela prezidentini insanlığa qarşı cinayətlərdə ittiham edib. İstintaq hesab edir ki, ölkədə “işgəncə sistemi” 2014-cü ildən Nikolas Maduro hökuməti tərəfindən təşkil olunub. Sistemin sərtləşdirilməsi bu il iyulun 29-da, Maduro prezident seçkilərində qalib gəldikdən sonra baş verib.

Xatırladaq ki, Argentina Kanada, Kolumbiya, Paraqvay, Peru və Çili ilə birlikdə 2018-ci ildə BCM-dən Venesuelada insanlığa qarşı mümkün cinayətləri araşdırmağı xahiş edib. Sorğu ölkədə baş verən etiraz dalğasından sonra göndərilib.
2024-cü il iyulun sonunda Venesuelada prezident seçkiləri keçirilib. Rəsmi rəqəmlərə görə, hazırkı dövlət başçısı Nikolas Maduro 51,2%, müxalifət namizədi Edmundo Qonzales 44% səs toplayıb. Müxalifət rəsmi nəticələrlə razılaşmayıb. ABŞ, Avropa İttifaqı və bir Latın Amerikası seçkilərinin nəticələrini və Maduronu legitim prezident kimi tanımaqdan imtina edib. Ölkə boyu kütləvi etiraz aksiyaları keçirilib.