Argentina İranın Daxili İşlər nazirinin həbsini tələb edir

Argentina İranın Daxili İşlər nazirinin həbsini tələb edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Argentina hakimiyyəti 1994-cü ildə Buenos-Ayresdəki yəhudi mədəniyyət mərkəzinə edilən terror aktına görə məsuliyyət daşıyan İranın daxili işlər naziri Əhməd Vahidinin həbsini tələb edir. Tribunainfo.az xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Argentina 1994-cü ildə 85 nəfərin ölümü ilə nəticələnən AMİA-ya (Yəhudi Mədəniyyət Mərkəzi – red.) edilən hücuma görə beynəlxalq həbs tələb edir, hücumun səbəbkarları isə tam cəzasız olaraq rəhbər vəzifələrini tutmağa davam edirlər. Onlardan biri də AMİA-ya hücumun səbəbkarlarından biri kimi Argentina ədliyyəsi tərəfindən axtarışa verilmiş Əhməd Vahididir”.

“Bu şəxs hazırda İran İslam Respublikasının daxili işlər naziridir və hazırda Pakistan və Şri-Lankada hökumət nümayəndə heyətinə daxildir”.

“Argentina Pakistan və Şri-Lanka hökumətlərindən onun İnterpolun təklif etdiyi mexanizmlərə uyğun olaraq həbs edilməsini xahiş edib”, – agentliyin açıqlamasında deyilir.