“Real Madrid”in zədəsini sağaldan və meydana çıxması gözlənilən 18 yaşlı futbolçusu Arda Güler dünənki məşq zamanı diqqətləri üzərinə çəkib.
Yarımmüdafiəçi məşqin ulduzu olub.
Sabah Çempionlar Liqasında “Braqa” ilə matçda meydana çıxmaq istəyən futbolçu ilə bağlı son qərarı baş məşqçi Karlo Ançelotti verəcək. Matçın heyəti bu gün açıqlanacaq.
Belə ki, italiyalı mütəxəssis matçdan əvvəl mətbuat konfransı keçirəcək.
Xatırladaq ki, Arda iyulun 29-da Madrid təmsilçisinin məşqində zədə almışdı./BAKU.WS