Arda Gülər Türk xalqından üzr istədi

Arda Gülər Türk xalqından üzr istədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə millisinin və “Real”ın futbolçusu Arda Güler ötən gecə Millətlər Liqasının 6-cı turunda Monteneqroya uduzduqları (1:3) matçdan sonra üzr istəyib.

Tribunainfo.az xəbər verir ki, 19 yaşlı yarımmüdafiəçi komandasının A Liqasına birbaşa vəsiqəni əldən verdikləri üçün üzüldüyünü bildirib:
“Deyə biləcəyim bir şey yoxdur. Komanda olaraq xalqımızdan üzr istəyirik. Mart ayında pley-off oynayıb A Liqasına yüksəlməyə çalışacağıq. Hakan Çalhanoğlu meydanda olsaydı, daha fərqli oynaya bilərdik. Bu gün alınmadı. Xalqımızdan üzr istəyirik”.