Madrid “Real”ının türkiyəli ulduzu Arda Gülərin debüt edəcəyi tarix müəyyənləşib.
Tribunainfo.az xəbər verir ki, hazırda zədəsi olan 18 yaşlı oyunçunun 1 aya tam sağalacağı bildirilir. O, sentyabrın 27-də “Las Palmas”la görüşdə meydana çıxacaq.
Qeyd edək ki, “Real” iyul ayının 7-də Arda ilə 6 illik müqavilə imzalayıb. O, iyulun 23-də məşq zamanı zədə alıb.