“Barselona” və “Real Madrid”in uğrunda savaşdığı Arda Gülər son qərarını “Kral klubu”ndan yana verib.
18 yaşlı yarımmüdafiəçinin bu qərarı verməsində “Real Madrid”in təklifindəki detallar səbəb olub. Belə ki, “Barselona” futbolçunu transfer etsə idi, 1 il müddətinə “Fənərbağça”ya icarəyə verəcəkdi. Arda isə gələn mövsüm “sarı-lacivərtlər”də oynamaq istəmədiyini qəti şəkildə rəhbərliyə bildirib. Futbolçu müqavilə imzalayacağı kluba birbaşa qatılmaq istəyib.
“Real Madrid” “Fənərbağça”ya Arda Gülər üçün 20 milyon avro və sonrakı satışdan 20% pay təklif irəli sürüb.
Qeyd edək ki, Ardanın Türkiyə klubu ilə müqaviləsinin müddəti 2025-ci ildə başa çatırdı.