Hər şey yolunda gedərsə, Arda Gülər noyabrın 5-də Real Madriddə ilk rəsmi matçına çıxacaq.
Tribunainfo.az xarici mətbuata istinadən xəbər verir ki, “Real Madrid” oktyabrın 5-də “Santyaqo Bernabeu”da “Rayo Valyekano”nu qəbul edəcək. Madrid derbisi olan bu matçda Arda Gülərin də oynayacağı gözlənilir.
Bir müddətdir komanda ilə məşq edən, eyni zamanda fiziki gücünü artırmaq üçün idman zalında da məşq edən Arda Gülər üçün çoxdan gözlənilən gün gəlib.
Tam sağlam olan Arda Gülərin start 11-də olmasa belə, bu həftə Rayoya qarşı oynama ehtimalı var.
İspan mətbuatının yazdığına görə baş məşqçinin Ardaya 5-10 dəqiqə vaxt veriləcəyini gözlənilir. Ancaq Arda elə bir istedaddır ki, Real Madrid azarkeşləri onu 5 dəqiqə də olsa görmək üçün səbirsizlənirlər.