““Araz Supermarket” müştəriləri endirim adı ilə aldadır” – Şikayətbackend

““Araz Supermarket” müştəriləri endirim adı ilə aldadır” – Şikayət

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müştərilər “Araz Supermarket”in endirim kampaniyasından narazılıq edirlər. Şikayətçilərin sözlərinə görə, endirim zamanı məhsul çeşidi bilərəkdən düzgün qeyd olunmur. Bu da məhsulu seçərkən və kassada xeyli vaxt itkisinə səbəb olur.

Tribunainfo.az xəbər verir ki, bu barədə şikayətçi Səbiyyə Həsənova yazıb. O bildirib ki, bəzən bu endirimlə saxta olur. Məhsulun üzərində endirimli qiymət yazılır, kassada isə daha yüksək qiymət çıxır:

“Şikayətim “Araz Supermarket”dəndir. Endirimlərdə məhsul çeşidi dəqiqliklə qeyd olunmur. Bu həftə ərzində Magnum dondurması endirimdə idi, amma hansı çeşid olduğunu tapmaq üçün ya menecer yaxud işçilərlə qaçdı-tutdu vəziyyətdə dialoq qurmaq məcburiyyətində qalırsan, ya da hər çeşidi qiymət skanerində yoxlamalı olursan. Hər ikisi də müştərinin vaxtına və məmnuniyyətinə biganəlikdir. Həmçinin onun inamından, bilgisizliyindən istifadə üçün üsuldur. Bu gün “Schogetten” markalı şokoladı endirimdə görüb almaq istədim, amma kassada endirimsiz qiyməti çıxdı. “Başqa çeşid üçün endirimdir” deyildiyi üçün hər iki çeşidi yoxladıq, eyni endirimsiz qiymət çıxdı. Menecerdən məhsul endirim qiyməti üzərində çeşidi niyə qeyd olunmadığı soruşulduqda isə “Mənim səlahiyyətimdə deyil” cavabı verildi.
Əgər endirimdə deyilsə niyə qiymət eyni qalır? Endirimsiz qiymətlə endirimli qiymət arasında 3.29-2.59=0.70₼ fərq biriləri üçün önəmli rəqəmdir. Əsasən də nəzərə alsaq ki, bu cür endirim aldatmaları çox olduğu üçün bu cür məbləğ toplanıb önəmli fərqə çatır. Ölkədə önəmli şəbəkələrdən olan “Araz” marketin bu cür “diqqətsizlik”lər etməsi onlar üçün imic zədələnməsi, müştəri xidmətləri zəifliyindən artıq keçib və sui-istifadəyə çevrilib”.

Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.

Nigar