“Araz Motors” gömrük qaydalarını pozur

“Araz Motors” gömrük qaydalarını pozur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Mercedes”, “BMW”, “AUDİ”, “Volkvagen”, “Seat”, “Skoda”, “Porsche” kimi avtomobillərin orjinal avto ehtyyat hissələrini tədarük edən və onların ölkədə satışını həyata keçirən “Araz Motors” MMC gömrük qaydalarını pozur.

Tribunainfo.az xəbər verir ki, “Araz Motors”un İnzibati Xətalar Məcəlləsinin gömrük qaydaları əleyhinə olan 485.2-ci maddəsini pozduğu məlum olub. TRələbi pozulan maddəyə əsasən, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə, vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.

Şirkətlə bağlı iş baxılması üçün Sumqayıt şəhər Məhkəməsinə göndərilib. 17 yanvar tarixində hakim Günel İsmayılovanın sədrliyi ilə işə baxılacaq.

Qeyd edək ki, gömrük qaydalarını pozduğu üçün cərimələnməsi gözlənilən “Araz Motors” 1996-cı ildə “Mercedes Benz” avtomobillərinin ehtiyat hissələrini idxal etmək üçün qurulub. Hazırda “Mercedes”, “BMW”, “AUDİ”, “Volkvagen”, “Seat”, “Skoda”, “Porsche”, “Opel”, “Land Rover”, Yapon və Koreya qrupu avtomobillərin ehtiyyat hissələrinin satışını həyata keçirir. “Araz Motors” MMC-nin direktoru İlqar Əliyevdir.

Qarşı tərəfi dinləməyə hazırıq.

Gülşən