“Veysəloğlu” Şirkətlər Qrupuna daxil olan “Araz Supermarket” barəsində növbəti dəfə cərimə protokolu tərtib edilib.
Tribunainfo.az xəbər verir ki, sözügedən marketin Binəqədi rayonu ərazisində yerləşən filialında aparılan yoxlama zamanı onun İnzibati Xətalar Məcəlləsinin ticarət qaydaları əleyhinə olan 447.0.1-ci maddəsini pozduğu məlum olub.
Belə ki, mal satan və ya əhaliyə xidmət göstərən şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçıların az miqdarda aldadılmasına görə, fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir.
“Araz Market”lə bağlı iş baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib. 2 sentyabr tarixində hakim Elçin Ağayevin sədrliyi ilə işə baxılacaq.
Qarşı tərəfi dinləməyə hazırıq.
Nigar