backend

Araz Əlizadə: “Rusiya-Azərbaycan münasibətlərinə burun soxmayın”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatı bərpa olunacaq. Mən buna inanıram”. 

“Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatı bərpa olunacaq. Mən buna inanıram”.

Bunu Publika.az-a Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri, Milli Məclisin deputatı Araz Əlizadə bildirib.

Deputat həmçinin deyib ki, bu məsələdə Rusiyanın öz maraqları var:

Bu gün Rusiyanın əsas maraqları odur ki, xaricdən bu dövləti hər hansı yolla sıxışdırıb çıxartmasınlar. Hazırda Rusiyanın Cənubi Qafqazda yeganə müttəfiqi Ermənistandır. Ona görə də Rusiyanın Ermənistanda hərbi bazası mövcuddur. Azərbaycan isə tam neytral mövqe tutub. Gürcüstan isə NATO-ya qoşulmaq yolunu seçib. Bilirsiniz ki, Rusiya 2008-ci ildə prezident Mixeil Saakaşvilinin səriştəsizliyindən istifadə edərək Cənubi Osetiya və Abxaziyanı Gürcüstandan ayırıb. Bu gün bizim də Qarabağ problemimiz var və Rusiya ilə ehtiyatla davranmaq lazımdır. İndi bəzi Azərbaycan siyasətçiləri Rusiya əleyhinə bəyanatlar verərək, deyirlər ki, biz NATO-ya üzv olmalıyıq və sairə. Bu Rusiyada qıcıq doğurur. Rusiya da demək istəyir ki, mən də istəsəm, çomağın o biri tərəfini göstərə bilərəm. Hələlik Azərbaycanla Rusiya arasında münasibətlər yaxşıdır. Çünki cənab Prezident İlham Əliyevlə Vladimir Putin arasında münasibətlər çox normaldır.

Çox istərdim ki, bəzi siyasətçilər və jurnalistlər bu münasibətlərə burunlarını soxmasınlar. İmkan versinlər ki, cənab Prezident məsələləri özü həll etsin!”.

A.Əlizadə qeyd edib ki, hazırda Rusiyada millətçilik də baş qaldırıb. Onun sözlərinə görə, bu, ilk növbədə Rusiyanın özü üçün dəhşətli təhlükədir:

“Çünki Rusiya çoxmillətli dövlətdir. Əgər burada millətçilik baş qaldırsa, bu Rusiyanın süqutu ola bilər. Ona görə də indi Rusiya hakimiyyəti özünü qorumaq naminə bu cür addımlar atacaq. Hazırda təkcə Azərbaycana qarşı deyil, Rusiyada bütün etnik xalqlara qarşı bu cür təzyiqlər mövcuddur”.