Şikayətim “Araz Supermarket”dəndir. 28.07.2024-cü il tarixində Binəqədi rayonu 9-cu mikrorayonda yerləşən “Araz Supermarket” dən Xonça şirniyyat şöbəsindən özlərinin bişirdiklərini iddia etdikləri şirniyyatlardan 6 simit, 2 qoğal, 2 cemli piroq və 2 irəvan kətəsi aldım. Aldıqlarımın hamısı köhnə və xarab idi.
Tribunainfo.az xəbər verir ki, bu barədə sosial şəbəkədə Sevda Bayramova məlumat paylaşıb. O bildirib ki, market satdığı şirniyyatların necə hazırlandığını bilmir:
“Simit dadsızlığından (sanki kağız dadırdı) yemək mümkün olmadı. Cemli piroqun içərisində cem əvəzinə insan sağlamlığına zərərli, tərkibi məlum olmayan bir maddə idi. İrəvan kətəsini doğradıqda ondan gələn qoxunu və dadı çox heyif ki, sözlə ifadə etmək mümkün deyil. Onu yedikdən sonra ürəkbulanma və qusmadan əziyyət çəkdik. Daha sonra aldığım irəvan kətəsini və qəbzi götürərək alış-veriş etdiyim “Araz Supermarket”ə yaxınlaşdım. Əməkdaşlar bu günə qədər özlərinin bişirdiklərini iddia etdikləri şirniyyatları əslində özlərinin bişirmədiyini və bu məhsullara görə hər hansı məsuliyyət daşımadıqlarını söylədilər. Özlərinə satdıqları şirniyyatın dadına baxmağı təklif etdikdə isə imtina etdilər və dadının yaxşı olmadığını bildiklərini etiraf etdilər. Adını yadda saxlamadığım işçi isə mənə hara istəyirsizsə şikayət edin dedi. Bu cür iri müəssisədə dequstator belə fəaliyyət göstərmir. Satdıqları məhsulları özlərinin yoxlamadan əhaliyə satılması nə deməkdir?”.
Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.
Nigar