Nəsimi rayonunda fəaliyyət göstərən “Arash Medical Company” haqqında inzibati qaydada icraat başladılıb.
Tribunainfo.az xəbər verir ki, sözügedən klinikanın İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsini pozduğu əlum olub. Tələbi pozulan maddəyə əsasən, Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.
“Arash Medical Company” ilə bağlı işə 16 iyul tarixində Nəsimi Rayon Məhkəməsində hakim Anar İbadzadənin sədrliyi ilə baxılacaq.
Nigar