“Arash Medical Company” MMC bir gündə iki tenderin qalibi olub. Tribunainfo.az xəbər verir ki, şirkətin ilk anlaşması Bakı Baş Səhiyyə Mərkəzi ilə olub.
Belə ki, şirkət Bakı Baş Səhiyyə Mərkəzinin strukturuna daxil olan tibb müəssisələri üçün tibbi avadanlıqların satınalınmasını reallaşdıracaq. Bunun müqabilində isə 1.062.000 manat alacaq.
Digər udulan tender isə ƏƏSMN-in tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Rebalitasiya Agentliyinin keçirdiyi olub. Tibbi avadanlıqların baxımı xidmətini əhatə edən müsabiqənin dəyəri isə 49.692,16 manatdır.
Tribunainfo.az xəbər verir ki, “Arash Medical Company”nin Dövlət Tibbi-Sosial Ekspertiza və Rebalitasiya Agentliyi ilə köhnədən “salam əleykləri” var. Hətta açıq mənbələrdə Agentliyin rəhbəri Anar Bayramovun əksər tenderləri MMC-yə verdiyinə dair çoxlu sayda məlumatlar mövcuddur.
Qeyd edək ki, “Arash Medical Company” MMC-nin qanuni təmsilçisi Məmmədov Kamran Abid oğludur.