Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan BMT Təhlükəsizlik Şurasının Qarabağdakı humanitar vəziyyətlə bağlı sessiyasında iştirak etmək üçün Nyu-Yorka gedib.
Tribunainfo.az Hraparak nəşrinə istinadən xəbər verir ki, bu barədə “Azat”a Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyan məlumat verib.
Mirzoyanın çıxışı yerli vaxtla günün ikinci yarısına planlaşdırılıb.
Ermənistanın müraciəti əsasında fövqəladə iclas açıq rejimdə keçiriləcək, iclasda Təhlükəsizlik Şurasının 15 üzvü iştirak edəcək: 5 daimi və 10 seçilmiş üzv.