Arakelyan: “Türkiyə ilə sərhəddi aça bilsək…”

Arakelyan: “Türkiyə ilə sərhəddi aça bilsək…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Türkiyə ilə sərhədi aça bilsək, Rusiya-Azərbaycan tandem siyasəti iflasa uğrayacaq”. Tribunainfo.az xəbər verir ki, bu iddia ilə politoloq Edqar Arakelyan çıxış edib.


O deyib ki, guya, Azərbaycan və Rusiya sərhəddə gərginlik yaratmaq üçün bəhanələr uydurur. “Onlar bunu genişmiqyaslı aksiyalara çevirəcəklər”.
Arakelyan hesab edir ki, Ermənistan tərəfinin ən pis ssenariyə hazırlaşması üçün bu bir neçə ay lazımdır. “Mən müharibəni istisna etmirəm”.
Erməni politoloq onu da deyib ki, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasında maraqlı olmayan əsas tərəf Rusiyadır.