Arakelyan: “Qarabağı tanımırdınızsa, bəs, krediti kimə verirdiniz?”

Arakelyan: “Qarabağı tanımırdınızsa, bəs, krediti kimə verirdiniz?”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağı “müstəqil” subyekt kimi tanımadıqlarını bəyan etməsi yenidən müzakirələrə səbəb olub. Tribunainfo.az xəbər verir ki, bu müzakirələrdən biri də istər Paşinyan, istəırsə də ondan öncəki hakimiyyətlər dövründə Qarabağdakı separatçılara büdcədən pul ayrılması məsələsidir.

“Aprelu Yerkir” partiyasının həmtəsisçisi Mesrop Arakelyan bununla bağlı deyir ki, 2018-2023-cü illərdə Paşinyanın başçılıq etdiyi hökumət dövlət büdcəsindən Qarabağa hər il “dövlətlərarası kredit” verib. “İndi soruşuram: O kreditləri kimə verdiniz? Əgər siz Qarabağ “respublikası”nı tanımırsınızsa, deməli, büdcə vəsaitlərini talamısız”.