Banqladeşli polis rəsmisi Şeyx Aşrafuzzaman açıqlama verərək arakanlı müsəlmanları daşıyan və nəzərdə tutulandan artıq sərnişin götürən qayığın bu gün səhər saatlarında Benqal körfəzində devrildiyini açıqlayıb.

Xilas edilən 21 nəfərin gəmidə təxminən 65 nəfər olduğu məlumatını verdiyini söyləyən Aşrafuzzaman, 6-sı uşaq 12 nəfərin cəsədini tapdıqlarını deyib.
İtkin düşmüş arakanlı müsəlmanların axtarış işləri davam edir.
Xatırladaq ki, Myanmarda zorakılıq hadisələrinin başladığı 25 avqustdan bu yana Banqladeşə keçməyə çalışan arakanlı müsəlmanları daşıyan gəmilərin və qayıqların devrilməsi nəticəsində ən az 184 nəfər dünyasını dəyişib.
Bölgəyə giriş-çıxışa icazə verilməməsinə görə ölən müsəlmanların tam sayı bilinmir. Bölgədən qaçanların verdiyi məlumatlara əsasən söyləmək olar ki, bu say minlərlədir.
Təkcə son hücumlarda 200-den çox kənd ordu və fanatik buddistlər tərəfindən məhv edilib.
Myanmarda 1970-ci illərdən bu yana sistematik hücumlarla etnik təmizləməyə məruz qalmış təxminən iki milyon arakanlı müsəlmanın 84 faizi ətraf ölkələrə sığınıb./FaktXəbər