ARAİKİN MÜŞAVİRİNDƏN ŞOK: “BAKI DEYİR Kİ, ÜZR İSTƏYİN, VƏTƏNDAŞIMIZ OLUN, YOXSA…”

ARAİKİN MÜŞAVİRİNDƏN ŞOK: “BAKI DEYİR Kİ, ÜZR İSTƏYİN, VƏTƏNDAŞIMIZ OLUN, YOXSA…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan Xankəndi – Bakı danışıqlarını Azərbaycandaxili dialoq kimi təqdim etmək istəyir. Yəni bizim timsalımızdakı bəzi cinayətkarlar bizə gəlib desinlər: bizi bağışlayın, biz sizin vətəndaşınız olmaq istəyirik”. Tribunainfo.az məlumat verir ki, xunta rejiminin başçısının “müşaviri” David Babayan deyib.
Onun sözlərinə görə, Bakı inteqrasiya məsələsini müzakirə etmək istəyir: “İstənilən görüşü qeyri-mümkün edən ilkin şərt qoyurlar. Əgər münaqişənin həllində səmimi maraq varsa, başqa formatda görüşlər keçirilməlidir. Sadəcə, məqsədimizə çatmaq üçün bizə təzyiq etmək, bizi aclığa məhkum etməkdir. Biz görürük ki, dünya susur, bu biabırçı vəziyyəti düzəltmək üçün heç bir addım atmır”, – Babayan bildirib.
Onun sözlərinə görə, Azərbaycan müxtəlif ölkələrdən fərqlidir, yalan danışmır. “Azərbaycanlılar deyirlər: sizi məhv edəcəyik, bu bizim məqsədimizdir. Ən yaxşı halda ömürlük həbs olunacaqlar. Görüşlərin müsbət nəticə verəcəyini düşünmürəm, çünki ilk görüşdən hər şey aydın olacaq. Elə hallar olur ki, görüşməmək daha yaxşıdır”.