1981 və 1983-cü il təvəllüdlü iki kişi qondarma “Dağlıq Qarabağ prezidenti”nin administrasiyası yaxınlığında baş verən atışmadan sonra həbs edilib.
Qaynarinfo xəbər verir ki, onlara qarşı iki maddə – “xüsusi tərbiyəsizliklə törədilmiş xuliqanlıq” və “qanunsuz olaraq silah, döyüş sursatı, partlayıcı maddələr və ya partlayıcı qurğular əldə etmə, satma, saxlama, daşıma və ya gəzdirmə” maddəsi ilə ittiham irəli sürülüb.
Xatırladaq ki, avqustun 28-də gecə saat 03:00 radələrində sərxoş vəziyyətdə olan iki nəfər bina və təhlükəsizlik əməkdaşları istiqamətində atəş açmışdı.