ARAİKİN ADAMINDAN BAKIDAN GÖNDƏRİLƏN YÜKƏ TƏCİLİ – REAKSİYA

ARAİKİN ADAMINDAN BAKIDAN GÖNDƏRİLƏN YÜKƏ TƏCİLİ – REAKSİYA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Oyuncaq “artsax” rejiminin kukla lideri Araik Aryutunyanın mətbuat katibi Lusine Avanesyan Bakıdan Xankəndiyə göndərilən humanitar yükdən danışıb. Tribunainfo.az bildirir ki, saxta rejimin sözçüsü bu məsələnin onlarla razılaşdırılmadığını qeyd edib. O əlavə edib ki, bu addım mövcud problemlərin həllinə yox, dərinləşməsinə yönəlib.
“Laçın dəhlizinin yaradılmış rejiminin bərpası məsələsi prioritet məsələ olub və olaraq qalır. Azərbaycan tərəfi ilə hər hansı dialoq ilk növbədə bu məsələ ilə bağlı aparılmalıdır. Dəhliz iki tərəf üçün sərbəst və fasiləsiz fəaliyyət göstərməlidir. Həm insanların, həm də malların və nəqliyyat vasitələrinin hərəkəti. Əgər Azərbaycan hakimiyyəti həqiqətən də “artsax xalqı”nın “ağır humanitar fəlakəti”nin aradan qaldırılmasında və “soyqırımın” dayandırılmasında maraqlıdırsa, onda onlar yalançı xeyriyyəçilik etməməli, sadəcə olaraq, onların bərpasını qadağan etməməlidirlər. 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda və Beynəlxalq Ədalət Məhkəməsinin qərarlarında nəzərdə tutulduğu kimi, Laçın dəhlizi vasitəsilə “artsax”a tədarük edir”, – L.Avanesyan vurğulayıb.