Qarabağdakı separatçıların rəhbəri Arayik Harutyunyan bildirib ki, indi onların ancaq 3 yolu var: Ya Bakı ilə birbaşa dialoqa başlamalıyıq, ya müharibə edib, məhv olmalıyıq, ya da Qarabağdan köçməliyik.
Tribunainfo.az xəbər verir ki, Arayik Harutyunyan nə beynəlxalq təminatlara, nə də ruslara güvənməməyi məsləhət görüb:
“Çünki onlar bizə heç bir yardım etməyəcəklər. Ermənistan hökumətindən bizə bildidilər ki, öz başınızın çarəsinə baxın. Çünki bizə kömək eləmək imkanları yoxdur”.