ARAİK VƏ DİGƏR SEPARATÇILARIN HƏBSİ İRƏVANI NİYƏ SİLKƏLƏMƏDİ? – DÖRD SƏBƏB

ARAİK VƏ DİGƏR SEPARATÇILARIN HƏBSİ İRƏVANI NİYƏ SİLKƏLƏMƏDİ? – DÖRD SƏBƏB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistandan separatçıların azad edilməsi çağırışları səslənmir. Qəribədir ki, nə iqtidar, nə müxalifət Bakıdan onları sərbəst buraxmağı tələb etmir. Tribunainfo.az bunun səbəblərini sadalayıb. Əvvəla, Paşinyan üçün həbs edilən separatçıların əksəriyyəti keçmiş cinayətkar klana bağlı şəxslərdir. Yalnız Araik Aryutunyan onun adamı olub. İkincisi, hazırda İrəvan danışıqların bərpası və sülh sənədi bağlanmasına ümid bəsləyir. Belə vaxtda Bakıdan onları istəmək tələbi vəziyyəti tündləşdirə bilər. Üçüncüsü, onların həbsi Paşinyana sərf edir, gəlib Ermənistanda qarışıqlıq yarada bilərlər. Xüsusən Vardanyan və Saakyan onun düşmənləridir. Dördüncüsü, İrəvan gözləyir ki, sülh sənədi imzalansa, danışıqlar əsasında bu məsələni masaya çıxarmaq olar. Amma rəsmi İrəvan onu da bilir ki, çağırışlar nəticəsiz qalacaq. Bununla belə maraqlıdır ki, ümumən səs-səda yoxdur, hətta İrəvanda vətəndaş cəmiyyəti, müxalif fəallar belə aksiyalar keçirmirlər. Həmçinin müxalifət də onların azadlığı tələbi ilə beynəlxalq diqqəti cəlb etmək üçün mitinqlər təşkil etmir. Deməli, Xankəndi quldurları onların vecinə deyil. Erməni cəmiyyəti üçün onlar ögey adamlardırlar.