Ermənistanda hazırda Bakıda həbsdə olan erməni terrorçuların necə ələ keçirilməsi barədə xəbərlər hay-küyə səbəb olub. Tribunainfo.az xəbər verir ki, “Hraparak” qəzetinin bu barədə yazdığı yazıdan sonra müzakirələr də çoxalıb.
Erməni nəşri bildirir ki, Bako Saakyanın, Arkadi Qukasyanın, Arayik Arutyunyanın, Davit İşxanyanın, Levon Mnatsakanyanın elə öz yaxın ətrafı satıb. Qəzet yazır ki, antiterror əməliyyatından sonra Qarabağda terrorçular Xocalı aeroportuna yaxın ərazidə gizləniblərmiş. “Onların yerlərini yalnız yaxın adamları blirdi. Samvel Şahramanyan və separatçıların “kəşfiyyat qurumu”nun bir neçə üzvü rus sülhməramlılarının helikopteri ilə Ermənistana keçirilib. Lakin “ordunun komandanı” Kamo Vardanyan, habelə Karen Sarkisyan və daha digərləri Laçın keçid məntəqəsindən keçməyə cəhd ediblər”.
“Hraparak” iddia edir ki, həmin şəxslər Laçın keçir məntəqəsində saxlanılıaraq, həbs ediliblər. Onlardan buraxılmaqları müqabilində tək bir şey istənilib, o da separatçı terrorçuların yerini demək. “Kamo Vardanyan və onunla birlikdə sərhəddi keçməyə çalışanlar isə canlarını xilas etmək üçün öz rəhbərlərini satıblar. Bundan sonra Azərbaycan hərbçiləri onların qaldıqları yerə gedərək, həbs ediblər”.