ARAİK REJİMİNİN XANKƏNDİ PARKINDA “BLOKADA” ŞOUSU: GUYA DONDURMA QƏHƏTDİR, İŞIQLAR SÖNÜR, UŞAQLAR İSƏ… – FOTOLAR

ARAİK REJİMİNİN XANKƏNDİ PARKINDA “BLOKADA” ŞOUSU: GUYA DONDURMA QƏHƏTDİR, İŞIQLAR SÖNÜR, UŞAQLAR İSƏ… – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qarabağda yuva salmış separatçı rejimin mediası xəbərlər tirajlayır ki, guya Azərbaycan Laçın yolunda blokada yaradıb deyə nəinki əhali, hətta uşaqlar da normal əylənə bilmirlər. Tribunainfo.az yazır ki, təlxək yığınına xidmət edən saytlar bununla bağlı informaiyalar yayıblar.
Lakin həmin məlumatlarla yanaşı dərc edilən fotolarda Xankəndidə erməni uşaqlarının necə rahat əyləndikləri, heç bir blokada əhval-ruhiyyəsindən söhbət getmədiyi görünməkdədir.
Separatçıların saytları yazırlar ki, Xankəndidəki Stepanyan adına parkda fəaliyyət göstərən uşaq əyləncə mərkəzi mövcud problemlərə baxmayaraq, fəaliyyətini davam etdirir və müəyyən dərəcədə uşaqlara şən əyləncələr yaşatmağa imkan yaradır. Mərkəzin direktoru Varujan Petrosyan bildirib ki, burada 38-dən çox oyun attraksionu, o cümlədən avtodrom, karusel, video oyunlar, 7D kinoteatrı, pnevmatik tüfəngdən atıcılıq poliqonu və s. var.
“Avtodrom 6 yaşa qədər uşaqlar üçün, karusel isə 3 yaşa qədər uşaqlar üçün pulsuzdur. Mərkəzin binasında quraşdırılan oyun avtomatlarının əksəriyyəti uşaqlara bonus biletləri verir, onları oyuncaqlara dəyişdiririk, lakin blokada şəraitində onları ala bilmirik”, – deyən tennis stolunun quraşdırılmasının nəzərdə tutulduğunu bildirib, lakin “blokada” səbəbiylə guya təxirə salınıb. “Burada uşaqlar həm də öz sevimli şirniyyatlarından, o cümlədən son 10 gündə xammalları çox qıt olan yerlərdə hazırlanmış dondurmadan dada bilərlər”, – bildirilir. Direktorun sözlərinə görə, “blokada” zamanı onlara baş çəkən uşaqların sayı azalmayıb və onlar onların təhlükəsiz və xoşbəxt əyləncəsi üçün səylərini əsirgəmirlər. Bununla belə, “blokada” uşaq əyləncə mərkəzinin fəaliyyətinə də mənfi təsir göstərib: xüsusən də elektrik oyun avadanlığının əksəriyyəti işıqların sönməsi zamanı işləmir.
Lakin Tribunainfo.az-ın təqdim etdiyi fotolardan da görünür ki, informaisya müharibəsində qara piar aparan separatçı mediası özünü gülünc vəziyyətə salıb. Şəkillərdə “blokada”nı ifadə edəcək nəsə yoxdur…