Araik Arutunyanın “istefası” Qarabağdakı xaosun qarşısını ala bilməyəcək.
Tribunainfo.az xəbər verir ki, politoloq Elxan Şahinoğlu vəziyyəti dəyərləndirərkən deyib. O bildirib ki, onun “vəzifəsini” müvəqqəti icra edən növbəti separatçının iki seçimi olacaq: ya Arutunyanın təxribatçı siyasətini davam etdirmək, ya da Bakı ilə dialoqa razılaşmaq və Ağdam-Xankəndi yolunun açılmasını təmin etmək:
“Bu iki seçim də separatçıların yeni “liderini” xilas etməyəcək. Hər iki variant separatçılar və bölgə erməniləri arasında ixtilafı dərinləşdirəcək. Bu bizim üçün faydalıdır. Bir məsələ də var: Separatçıların işğal altındakı bölgədə “prezident seçkisi” keçirməsinə imkan verməməliyik”.
Siyasi şərhçi Məhəmməd Əsədullazadə isə bildirib ki, separatçı rejimin başçısı Araik Arutunyan Azərbaycanın tələbi ilə “istefa” verdi:
“O, reinteqrasiya siyasətinə mane olaraq birbaşa Kremlin göstərişlərini yerinə yetirirdi. Növbəti mərhələdə Ruben Vardanyan da Qarabağı tərk edəcək. Azərbaycan reinteqrasiya siyasətini davam etdirəcək. Erməni icması ilə Azərbaycan birbaşa üçüncü tərəfin iştirakı olmadan dialoqun qurulması mümkündür”.
Hərbi ekspert Ədalət Verdiyev isə bildirib ki, Araik batan gəmidən qaçdı:
“İndi onu Ağrıdağ Mirzəlinin gününə salacaqlar”.