ARAİK İSTEFA VERMƏK İSTƏYİR – RƏSMİ BAKININ FİKRİNİ TƏKRARLADIbackend

ARAİK İSTEFA VERMƏK İSTƏYİR – RƏSMİ BAKININ FİKRİNİ TƏKRARLADI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nikol Paşinyanla Arayik Arutyunyan arasında görüşdən sonra Arutyunyan yaxınlarına Paşinyanla keçirdiyi çətin görüşdən danışıb.

Tribunainfo.az “Hraparak” nəşrinə istinadən xəbər verir ki, sonuncu rəsmi Bakının fikrini təkrarlayan Araik bildirib ki, Azərbaycanla inteqrasiya olunmalı, erməni xalqı azərbaycanlılarla anlaşmalı, yaşamalıdır, çünki alternativ yoxdur və 120 min erməni vətəndaşının məhv edilməsi şəklində müharibə var.

O, ümid edirdi ki, beynəlxalq ictimaiyyət Azərbaycanın tərkibində müəyyən status və muxtariyyət təmin edəcək.

Nəşrin məlumatına görə, Araik Arutyunyan ağır əhval-ruhiyyə və təəssüratlarla qayıdıb və yaxın ətrafına deyib ki, o, artıq prezident vəzifəsində qalmaq istəmir.

Maraqlıdır ki, dünən Ermənistan parlamentinin Dövlət və Hüquq Məsələləri Komitəsi konstitusiya dəyişiklikləri layihəsini müzakirə edib və müsbət nəticə verib.

Xatırladaq ki, dəyişikliklər hərbi vəziyyət dövründə prezident vəzifəsi boş qalmışdı. Ermənistan Milli Assambleyası hazırkı prezidentin səlahiyyət müddətini sonuna qədər Dağlıq Qarabağın prezidenti seçəcək. 1992-ci ildən Dağlıq Qarabağda hərbi vəziyyət hökm sürür. Siyasi dairələrdə hesab edirlər ki, Arutyunyan prezident kreslosunu başqasına vermək istəyir.