“Ermənistan sülh sazişinin tezliklə reallaşması üçün hər şeyi edir”. Tribunainfo.az xəbər verir ki, bu açıqlama ilə Ermənistan Baş Naziri Aparatının rəhbəri Araik Arutyunyan çıxış edib.
O bildirib ki, həmin müqavilənin imzalanması Ermənistanda və ümumilikdə regionda sülhün bərqərar olması üçün daha ciddi təminatlar yaradacaq.
Arutyunyan onu da deyib ki, demarkasiya prosesi üçün nəzərədə tutulmuş xəritə bütün sərhəd üçün nəzərdə tutulmayıb. “1976-cı ilin xəritəsi hazırda sərhəddin yalnız bu hissənin demarkasiyası üçün müəyyən edilib. Sərhəddin digər hissəslərinin müəyyənləşməsi zamanı hansı xəritələrdən istifadə olunacağı sonra müzakirə olunacaq”.
O, konkret olaraq hansı xəritədən istifadə ediləcəyi barədə məlumatsız olduğunu bildirib.