Arayik Harutyunyan Qarabağ TV şirkətinə eksklüziv müsahibə verəcəyini açıqlayıb. Tribunainfo.az Hraparak nəşrinə istinadən xəbər verir ki, bəziləri bu bəyanatı və Araikin hakimiyyətinin son addımlarını Azərbaycanla dialoqa getmək və bəzi məsələlərdə güzəştə getmək istəyi ilə izah edir. Onlar hesab edirlər ki, Arayik Arutyunyan Azərbaycanla inteqrasiyanın gizli tərəfdarlarından biridir, o, açıq şəkildə “inteqrasiya yoxdur” bəyanatlarına qoşulur, amma reallıqda gizli şəkildə inteqrasiya istiqamətində addımlar atır.
Məlumatda deyilir ki,Araik başqa bir qurum yaratmaq qərarına gəlib. Artıq Rusiyanın dəstəyindən heç bir gözləntiləri olmadığı üçün onlar başa düşürlər ki, yalnız özlərinə arxalanmalıdırlar və Qarabağda qalan ermənilər nə edəcəkləri ilə bağlı kollektiv qərar verməlidirlər. Bunu isə nə qədər yüksək vəzifə tutmasından asılı olmayaraq, bir nəfər təkbaşına həll edə bilməz. Həmin qurum 120 min insanın fikrini əks etdirməlidir. Lakin həyat göstərir ki, Qarabağda nüfuz sahibi olan insanlar, məsələn, keçmiş prezidentlər məsuliyyəti öz üzərinə götürməkdən imtina edirlər. Digərlərinin bir-biri ilə problemləri var və birlikdə işləyə bilmirlər. Üçüncü şəxslərin iştirakı yalnız dağıdıcıdır. Bu cür qurumların yaranıb kağız üzərində qalmasının səbəbi də budur.