Qarabağda son günlərini yaşayan qondarma rejimin rəhbəri Araik Arutyunyan Şuşa məğlubiyyətindən sonra ilk dəfə üzə çıxıb.
TİA.AZ xəbər verir ki, Arutyunyan qondarma rejimin keçmiş “müdafiə naziri” Levon Mnatsakanyanla Laçında görüşüb.
Arutyunyan Qarabağdakı Ermənistan qoşunlarının darmadağın olunması ilə bağlı Mnatsakanyanla fikir mübadiləsi aparıb. Separatçı liderin yaxın günlərdə Qarabağı tərk etməyi düşündüyü və Ermənistana qaçacağı bildirilir.