Araik Arutyunyan seçkilərdə iştirak üçün MÜRACİƏT EDİBbackend

Araik Arutyunyan seçkilərdə iştirak üçün MÜRACİƏT EDİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Araik Arutyunyan seçkilərdə iştirak üçün müraciət edib.

Musavat.com mötəbər qaynaqlara istinadən xəbər verir ki, Qarabağdakı separatçı xunta rejiminin başçısı, hazırda Bakıda həbsxanada olan Araik Arutyunyan 7 fevral prezident seçkilərində iştirak etmək üçün müvafiq qurumlara yazılı müraciət edib.

Bundan əvvəl də yazdığımız kimi, o istintaqla yaxından əməkdaşlıq edir, özünü Azərbaycan vətəndaşı saydığını deyir və istintaqdan sonra ailəsi ilə birlikdə Azərbaycanda yaşamaq istədiyini dövlət qurumlarına yazır.

Sitat: “Araik özünü çox mülayim, hətta yaltaqlıq dərəcəsində istiqanlı və əməkdaşlıq modunda aparır. Separatçıbaşı israrla vurğulayır ki, cəzasını çəkəndən sonra həyatına Azərbaycanda vətəndaş olaraq davam etmək istəyir. O, hazırda İrəvanda olan 3 qızını və həyat yoldaşını da Bakıya gətirmək istədiyini bəyan edib. O deyir ki, onlar onsuz da Azərbaycan vətəndaşlarıdırlar. Azərbaycanda doğulmuş, bütün həyatlarını burada yaşamışlar. Ehtimala görə, bütün bunlar Araikin taktikasıdır: simpatiya qazanmaq, ağır cəzadan yayınmaq, “ucuz yırtmaq” məqsədi ilə belə davranış sərgiləyir”.

Məlumatda o da vurğulanırdı ki, istintaq prosedurları zamanı Araikin ən sevimli əyləncəsi “Alov qüllələri”nə və Bakının pəncərədən görünən digər parçalarına baxmaqdır: “Nə gözəldir! Mən ailəmlə Bakıda yaşamaq istəyirəm”, deyə, hər dəfə də yaltaq – yaltaq təkrar edir.

Mötəbər qaynağımız bildirir ki, Araik Arutyunyanın digər arzuları kimi, 7 fevral seçkisində iştirak etmə arzusu da gözündə qalacaq. Çünki onun seçkidə iştirakı üçün Azərbaycan vətəndaşlığı olmalıdır. İndiki halda bu fakt yoxdur – ortalıqda ancaq Araikin arzusu var.