Erməni separatçılarının lideri Araik Arutunyan Azərbaycanın düşməni olsa da, son müsahibəsində hazırki reallıqları anladığı aydınlaşır. Bəli, onun da dediyi kimi Azərbaycanın məqsədi Qarabağda separatçılığa son qoymaq və bölgəni Azərbaycanın qanunlarına tabe etdirməkdir, Bunun üçün bütün imkanlardan istifadə edilir və ediləcək.
Tribunainfo.az yazır ki, bu sözləri politoloq Elxan Şahinoğlu bildirib. O qeyd edib ki, separatçıların ümid etdikləri 9 noyabr 2020-ci il bəyanatı Azərbaycanı durduracaq gücdə deyil:
“Arutunyan bunu da anlayıb. Separatçıların lideri çıxılmaz vəziyyətə düşdüklərini etiraf edib, Rusiya və Qərdən əlini üzüb. Bu Azərbaycanın separatçılara qarşı təzyiq siyasətini artırmasının doğru olduğunu göstərir”.