Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUP) dünən keçirdiyi iki tenderin nəticəsini açıqlayıb. Tribunainfo.az xəbər verir ki, dövlət qurumu hər iki tender üzrə bir şirkətlə satınalma müqaviləsi imzalayıb.
Belə ki, AQUP Uşaqlara dair strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün fəaliyyət planının 2025-ci il üçün öhdəlikdə olan müvafiq tədbirlərin təşkili xidmətlərinin satın alınmasına dair “UKRAYNA TİCARƏT EVİ” MMC ilə anlaşıb. Müqavilənin dəyəri 1.522.200 manat təşkil edir.
İkinci tender isə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən 2025-ci il üçün fəaliyyət istiqamətindən irəli gələn və əlamətdar günlər üzrə tədbirlərin təşkili xidmətlərinin satın alınmasını ehtiva edir. Yenə də “UKRAYNA TİCARƏT EVİ” MMC ilə razılaşma əldə olunub. Və Dövlət Komitəsi bu məqsədələ MMC-yə 2.515.760 manat pul ayıracaq.
Qeyd edək ki, dünən Prezident İlham Əliyevin sərəncamına əsasən Ukraynaya 1 milyon manat dəyərində hümanitar yardımın göndərilməsi prosesi həyata keçirilib.