AQTİ 304 min manatı nəyə xərcləyəcək?

AQTİ 304 min manatı nəyə xərcləyəcək?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son günlər adı bir çox qalmaqallara qarışan AQTA-ın tabeliyində olan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) daha bir tenderə yekun vurub. Tribunainfo.az xəbər verir ki, qurum Quba şəhərində yeni yaradılan heyvanların quduzluq xəstəliyinə qarşı “aldadıcı yem şəklində peyvəndin istehsalı” sahəsi üçün avadanlıq və ləvazimatların satın alınmasını həyata keçirəcək.

Bu məqsədlə AQTİ ilə “BESTTEXNİK” MMC arasında satınalma müqaviləsi imzalanıb. Tərəflər avadanlıqların alınması üçün 304 min 551 manata razıllaşıblar.

Tribunainfo.az-ın araşdırması zamanı məlum olub ki, tendderin qalibi olan şirkət 2004-cü ildə yaradılıb. Əsasən qazanxana sistemlərinin qurulması sahəsində ixtisaslaşıblar. “Besttexnik” MMC, Bakı şəhəri, Nərimanov rayonu, Xətai pr., ev 5 ünvanında qeydiyyatdadır. Lakin Novxanı qəsəbəsi, Əlincə Qalası küçəsində fəaliyyət göstərir. Şirkətin rəhbəri və ya qanuni təmsilçisi haqqında açıq mənbələrdə hər hansı məlumat yoxdur. Yalnız bilinən odur ki, MMC-nin direktoru Aygun Yusifovadır.

Fərda Uğur