Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qida təhlükəsizliyinin təmin olunması istiqamətində həyata keçirilən nəzarət və yoxlamatədbirləri zamanı idxal olunan yeyinti məhsullarına verilən qida təhlükəsizliyi sertifikatlarının bəzi sahibkarlıq subyektləri tərəfindən saxtalaşdırılmasıhalları aşkar olunmuşdur.
Qida Təhlükəsizliyi Agentliyi bəyan edir ki, bu kimi qanunazidd əməllər yolverilməzdir və həmin fəaliyyətlərlə məşğul olan şəxslər üçün qanunvericilikdə müvafiq qaydada cinayət məsuliyyətinəzərdə tutulmuşdur.
Qida Təhlükəsizliyi Agentliyibir daha bu kimi qanunsuz fəaliyyətlə məşğul olan şəxslərdən öz əməllərindən çəkinməyi tələb edir və bildirir ki, aparılan nəzarət tədbirləri çərçivəsində aşkar olunmuş faktlarla bağlı qanunvericilik çərçivəsində ən sərt tədbirlər həyata keçiriləcəkdir.