Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) tenderi ləğv edilib. Tribunainfo.az xəbər verir ki, qurum pərdələrin təmizlənməsi xidmətlərinin satın alınmasını reallaşdırmaq istəyib.
Agentlik bunun üçün 14 min 671 manat xərcləməyi planlaşdırıbmış. Lakin Anti İnhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti bunu məqbul saymayıb. Səbəb olaraq isə qanunun tələblərinin pozulmasını göstərib.
Fərda Uğur