AQTA-nın tenderi ləğv olundu – Səbəbbackend

AQTA-nın tenderi ləğv olundu – Səbəb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Qida Təhlüksəziliyi Agentliyi (AQTA) bu yaxınlarda elan etdiyi tenderin nəticələri ləğv olunub. Tribunainfo.az xəbər verir ki, ləğv olunmuş tenderə əsasən agentlik regional bölmələrində monitorinq zamanı istifadə olunan ölçmə vasitələrinin kalibrovka olunması xidmətini satın almalıydı.
Qeyd edək ki, tenderin nəticələri avqustun 29-da ləğv edilib. Dəyəri isə 42.071,61 manat olub. Ləğv edilmə səbəbi isə satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən az olub. Yəni, “Tender haqqında” qanunun 36.1.1. maddəsinin tələbi pozulub.
Bəzi məlumatlara görə, AQTA həmin tenderi özünə yaxın şirkətə vermək üçün cəhdlər edib. Lakin İqtisadiyyat Nazirliyi məsələdən xəbər tutduğundan ləğv prosesi həyata keçirilib.