AQTA-nın qərarından şikayət verildi… Agentlik CƏRİMƏLƏNƏCƏK

AQTA-nın qərarından şikayət verildi… Agentlik CƏRİMƏLƏNƏCƏK

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin çıxardığı qərarından şikayət verilib.

Tribunainfo.az-ın əldə etdiyi məlumata görə, AQTA-nın qərarından şikayəti vətəndaş Ağaməliyev Ziya Fikrət oğlu verib.
AQTA-nın işinə 20 fevral tarixində Bakı Apellyasiya Məhkəməsində İnzibati Xətalar Məcəlləsinin idarəçilik qaydaları əleyhinə olan 544.2-ci maddəsi ilə baxılacaq.
Maddənin tələbinə görə, istehlakçıların hüquqlarının və ya ticarət qaydalarının pozulmasının aradan qaldırılması haqqında istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin qanuni yazılı tələblərini yerinə yetirməyə görə dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir.
İşə hakim Cavid Hüseyn sədrlik edəcək.

Roman