Azərbaycan Qida Təhlükəsizliyi Agentiyinin (AQTA) keçirdiyi tenderin nəticəsi ləğv olunub.
Tribunainfo.az xəbər verir ki, müsabiqə agentliyin balansında olan avtomobillərin cari təmiri ilə əlaqəli olub.
Belə ki, AQTA balansındakı 8 ədəd sedan tipli maşını təmir etdirmək fikrinə düşüb. Bunun üçün tender elan edib. Həmçinin 23 min 631 manat vəsait də ayırıb.
AİİBNDX isə AQTA-nın qanunu pozduğunu aşkarlayıb. Məlum olub ki, sözügedən qurum tenderdə iştirak edənlərin sayını qanunamüvafiq olaraq 3 yox, ondan daha az şirkətin qatılması ilə keçirməyə çalışıb.
Maraqlıdır ki, təmir üçün nəzərədə tutulan avtomobillərdən 4-ü “Fiat Doublo”, digər 4-ü isə “Khazar” markalı olub. Hərçənd hər iki maşının mövcud bazar dəyəri ayrı-ayrılıqda 23 min manatdan ucuzdur. Onların ehtiyat hissələri də ən ucuzlardan sayılır.
Xatırladaq ki, AQTA-nın rəhbəri Qoşqar Təhməzlidir.
Fərda Uğur