Bizim Qida Təhlükəsiliyi Agentliyi zəhərlənmələrdən sonra tədbir görməyə başlayır.
Tribunainfo.az xəbər verir ki, bu sözləri keçmiş deputat Etibar Əliyev bildirib. Son aylar ard-arda baş verən qida zəhərlənmələrinə diqqət çəkən sabiq deputat bildirib ki, AQTA ancaq zəhərlənmələri müşahidə edir:
“Dönərin zəhəri yavaş-yavaş Şəmkirə çatdı.
14 aprel 2025-ci ildə Gəncədə 4 nəfər dönərdən zəhərlənib.
8 iyun 2025-ci ildə Naxçıvan şəhərində “Kassap Döner” dönərxanasında 17 nəfər dönərdən zəhərlənib. Zəhərlənənlərin 9-u azyaşlı olub.
20 avqust 2025-ci ildə Şəmkir rayonunda 24 nəfər dönərdən zəhərlənib. Onlardan 14-ü azyaşlıdır.
Bizim Qida Təhlükəsiliyi Agentliyi də zəhərlənmələrdən sonra tədbir görməyə başlayır. Bu qurum sadəcə zəhərlənməni müşahidə edir”.
Gülşən Rəsul