“Aqrarkredit” Səhmdar Kredit Təşkilatı bir ailəni evindən küçəyə atır.
Tribunainfo.az yazır ki, “Aqrarkredit” Muradovlar ailənin mənzilini əlindən alır. Bunun üçün Kredit Təşkilatı məhkəmədə ailəyə qarşı iddia qaldırıb.
Muradov İlham, Muradova Təranə, Muradov Muradın birgə yaşadığı evlə bağlı qaldırılan iddiaya Səbail Rayon Məhkəməsində baxılacaq.
İşə hakim Mədinə Bağırova sədrlik edəcək.
İşin mahiyyəti mənzil mübahisələridir. İddiaçı mənzildən istifadə hüququna xitam verilməsini, ailənin mənzildən çıxarılmasını tələb edir.