“Aqrarkredit” Bank Olmayan Kredit Təşkilatı barəsində cərimə protokolu tərtib edilib.
Tribunainfo.az xəbər verir ki, BOKT İnzibati Xətalar Məcəlləsini 347-ci maddəsini pozub. Tələbi pozulan maddəyə əsasən, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir.
BOKT-la bağlı işə 24 may tarixində Bakı Apellyasiya Məhkəməsində hakim Emin Əliyevin sədrliyi ilə baxılacaq.
Nigar